Naxçıvan Muxtar Respublikası

 
Fondda toplanan vəsaitin məbləği artmaqda davam edir

Muxtar respublika ictimaiyyəti koronavirus (COVID-19) təhlükəsinə qarşı mübarizəyə dəstək nümayiş etdirirlər. Hüquqi və fiziki şəxslər tərəfindən davam etdirilən ianələr sayəsində Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitləri artmaqda davam edir. Belə ki, aprel ayının 21-də edilən 5 min 14 manat ianə ilə birlikdə Fondun vəsaitləri ümumilikdə 4 milyon 753 min 650 manata çatıb.