Naxçıvan Muxtar Respublikası

 
Naxçıvanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələr davam edir

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fondunun hesabında aprel ayının 22-də edilən 6 min 600 manat ianə ilə birlikdə ümumilikdə 4 milyon 760 min 250 manat vəsait toplanıb. İanələri köçürənlər arasında həm hüquqi, həm də fiziki şəxslər var. Belə ki, Fonda 405 hüquqi, 543 fiziki şəxs ianə köçürüb.