Naxçıvan Muxtar Respublikası

 
Fonda ianələr davam edir

Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam etdirilib. Aprelin 27-də daha 60 min 842 manat vəsait Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülüb.
Hazırda fondun hesabında ümumilikdə 4 milyon 822 min 931 manat vəsait vardır.